AZ

Şimali Kipr parlamentinin sədri Azərbaycana təşəkkür etdi

BAKI, 9 aprel. TELEQRAF

Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün Azərbaycan və Türkiyənin böyük dsətəyi var. Bu mühüm dəstək bizə güc verir, mübarizə əzmimizi gücləndirir. Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri, Şimali Kipr Türk Respublikası - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında deyib. O qeyd edib ki, bizim gücümüz eyni dili, dini və soyu paylaşdığımız türk dünyası ilə aramızda əsrilik tarixi və mədəni bağların olmasından qaynaqlanır: "Bu baxımdan, görüşə ev sahibliyi edən Qardaş Azərbaycana ürəkdən təşəkkür edirəm”

Seçilən
12
1
teleqraf.com

2Mənbələr