AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunlarında yaşananlar ilə bağlı cəzalar açıqlanıb.
Sözsüz ki, əsas maraq doğuran məsələ “Turan Tovuz” – “Zirə” görüşündən sonra hakim Əliyar Ağayevin ünvanına sərt ifadələr səsləndirən qərb təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevlə bağlı hansı ölçü götürülücəyi idi.
Qurum klub funksionerinin AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyi qənaətinə gölib və “Turan Tovuz”u 15000 manat cərimələyib.
Bundan başqa, meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi kluba daha 5000 manat bahasına başa gəlib.
“Zirə” 4 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.