JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Atəşkəs elan olunsa da, dünən İsrail Livanı amansızlıqla bombalayıb. 182 nəfər ölüb, dediklərinə görə 100-den çox hərbi (H.zbAllah) hədəfi vurublar.

Netanyahu niyə Livanda atəşkəsə əməl etmək istəmir?

Məsələ ondadır ki, İranla müharibə başlayanda Netanyahu düşündü ki, yaranmış fürsətdən istifadə edib Livanın cənubunu “təhlükəsizlik” adı ilə ələ keçirər, həm də H.zb-ha zərbə vurub məhv edə bilər. Çünki hesab edirdilər ki, liderləri məhv edilmiş (İranda olduğu kimi) və ciddi zərbələr almış, üstəlik hökumətin təzyiqi altında olan H.zllah müqavimət göstərə bilməyəcək.

Ancaq atam əksi oldu, ötən bir aydan az vaxt ərzində İsrail ordusu Livanda çox cüzi irəlilədi, əvəzində çox ağır itkilər verdi, 100-dən çox tank və ağır buldozer itirdi. Qərb kəşfiyyatı indi etiraf edir ki, sən demə ciddi şəkildə toparlanın və güc toplayiblarmış.

Ona görə də, Nətanyhu hökuməti atəşkəsə baxmayaraq, fürsət olduğu qədər Livana daha ağır zərbə endirməklə həm daha çox dağıntı və tələfat verib qorxu mühitini saxlamağa çalışır. Çünki İsrailin varlığı qorxu üzərində qurulub, qorxu olmasa ərəblərin qabağında dayana bilməz. İkincisi, daxildə tənqidləri zəiflətmək üçün ən azı Livanda daha çox ərazi ələ keçirməklə məğlubiyyətlə bağlı tənqidi zəiflətməyə çalışır.

Buna görə də atəşkəsə məcbur edilənə qədər Livana ağır zərbə endirməyə davam edəcək. Amma zənnimcə daha uzun müddət davam edə bilməz.

Siyasi şərhçi
Kənan Rövşənoğlu

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX