AZ

“Araz-Naxçıvan” bəzi legionerlərlə yollarını ayıracaq

“Araz-Naxçıvan” mövsümün sonunda bəzi legionerlərlə yollarını ayıracaq.

"Unikal" xəbər verir ki, Naxçıvan təmsilçisinin işbirliyinə son verəcəyi oyunçulardan biri Vanderson Melodur.

31 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il iyul ayından Premyer Liqa klubunda oynayır. Vanderson “Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomorets”, “Panejevis” kimi klublarda çıxış edib.

Əlavə edək ki, "Araz-Naxçıvan"ın mövsümün sonunda Bar Kohenin də müqavilə müddətini artırmayacağı iddia olunur.

Seçilən
12
unikal.az

1Mənbələr