AZ

Ukraynalıların NATO-ya münasibəti dəyişib

Ukraynada Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) ictimai etimadın azaldığı bildirilir. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, “Info Sapiens” agentliyinin sorğusunda ukraynalıların 68,9 faizi NATO üzvlüyünü dəstəkləsə də, yalnız 54,7 faizi alyansa etibar edir, 41,5 faizi isə etibar etmir.

Etimadın azalması ABŞ Prezidenti Donald Trampın müdafiə xərcləri ilə bağlı mövqeyi və Vaşinqtonun NATO üzvlüyünü yenidən nəzərdən keçirmə çağırışları ilə əlaqələndirilir.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu-nun məlumatına görə, NATO-ya etibar etməyənlərin payı 2024-cü ilin dekabrındakı təxminən 25 faizdən 2025-ci ilin dekabrında 43 faizə yüksəlib.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr