AZ

Paşinyan: Qazaxıstan "Tramp marşrutu" layihəsinə maraq göstərir

BAKI, 9 aprel. TELEQRAF

Qazaxıstan tərəfi "Tramp marşrutu" layihəsi ilə yaxından maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə məlumat verib.

Baş nazirin sözlərinə görə, qazaxıstanlı tərəfdaşlar hazırda bu nəqliyyat dəhlizinin açdığı imkanları və layihənin onlara verəcəyi konkret faydaları daha dərindən öyrənməyə çalışırlar:

"Bu, tamamilə açıq bir prosesdir və biz bunu tərəfdaşlarımızdan gizlətmək niyyətində deyilik. Təbii ki, Qazaxıstanı Ermənistan ərazisindən keçən yollardan öz ixrac və idxal əməliyyatları üçün istifadə etməyə, habelə bu marşrutu öz nəqliyyat zəncirinin bir hissəsi kimi nəzərdən keçirməyə dəvət etməyə hazır olmalıyıq".

Seçilən
26
teleqraf.com

1Mənbələr