AZ

Klubuna ən sadiq 5 futbolçu

Bütün karyerasını bir klubda keçirən ən yaxşı futbolçuların reytinqi açıqlanıb.

Msport.az xəbər verir ki, İngiltərənin BBC nəşri bütün peşəkar karyerasını yalnız bir klubda keçirən ən yaxşı futbolçuların siyahısını tərtib edib.

Siyahıya İtaliyanın “Roma” klubunun əfsanəvi futbolçusu Françesko Totti başçılıq edir. Sıralamanın ilk beşliyində isə ardıcıl olaraq Paolo Maldini, Rayan Qiqqz, Toni Adams və Karles Puyol qərarlaşıblar.

Qeyd edək ki, tərtib edilən bu siyahı sosial şəbəkələrdə azarkeşlər arasında birmənalı qarşılanmayıb və mübahisələrə səbəb olub. Bəzi fanatlar xüsusilə Françesko Tottinin birinci yerdə göstərilməsi ilə razılaşmayıblar.

Seçilən
25
2
msport.az

3Mənbələr