AZ

İçərişəhər qala divarında aşınmanın səbəbi yağıntılardır RƏSMİ AÇIQLAMA

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının tarixi mərkəzi olan İçərişəhər ərazisində yerləşən qala divarının bir hissəsində səhər saatlarında aşınma qeydə alınıb. Hadisənin atmosfer yağıntıları və təbii eroziya nəticəsində baş verdiyi bildirilir.

İçərişəhər Qoruq İdarəsinin mətbuat katibi Səfaye Əhmədovanın BAKU.WS-ə verdiyi məlumata görə, hadisə səhər saat 05 radələrində qeydə alınıb.

Onun sözlərinə görə, qala divarında baş verən aşınma təbii amillərlə xüsusilə atmosfer yağıntıları və uzunmüddətli eroziya prosesi ilə bağlıdır.

İdarə rəsmisi bildirib ki, hadisə dərhal nəzarətə götürülüb və ərazidə operativ tədbirlər görülüb. Ərazidə təhlükəsizlik təmin olunub, insanların hərəkəti ilə bağlı zəruri məhdudiyyətlər tətbiq edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
baku.ws

2Mənbələr