AZ

Qırmızıda yolayrıcına girmək istəyən sürücü hərəkəti blokladı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Nizami rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 8-də saat 17:26 radələrində qeydə alınıb. Belə ki, Qara Qarayev prospekti ilə hərəkətdə olan sürücü sola - Özbəkistan küçəsinə dönmək istəyərkən yolayrıcında əngəllə qarşılaşıb.

Videodan aydın olur ki, 99-GQ-585 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında gözləmək əvəzinə əks istiqamətli zolağa çıxaraq yolayrıcına daxil olmağa cəhd edib. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət istiqamətini kəsib. Daha sonra sürücü yenidən öz zolağına qayıdaraq hərəkəti bərpa edib.

Qeyd edək ki, bu cür hallarda əsas problem təkcə işıqfor tələbinin pozulması deyil. Sürücü növbəsini gözləmədən əks zolağa çıxmaqla öz istiqamətində hərəkət edənlər üçün nəzərdə tutulmuş axını pozur və onların yolayrıcına daxil olmasına maneə yaradır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr