AZ

Baş nazirdən Ermənistanda Konstitusiya dəyişikliyi barədə açıqlama

BAKI, 9 aprel. TELEQRAF

“Yeni Konstitusiyanın qəbul olunmasının yeganə yolu ümumxalq referendumunun keçirilməsidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“Konstitusiyada istənilən dəyişiklik yalnız xalq tərəfindən edilə bilər”, - o vurğulayıb.

Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.

Hazırda bu tələb çərçivəsində Ermənistanın yeni Konstitusiyasının mətni üzərində iş gedir.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr