AZ

“Uranın zənginləşdirməyini dayandırmaq cəhdləri məzara gedəcək xəyallardır” - İran

İran İslam Respublikasının vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bildirib ki, İranın düşmənləri Tehranın uran zənginləşdirməsini heç vaxt dayandıra bilməyəcəklər.

Redaktor.az xəbər verir ki, İSNA onun sözlərini sitat gətirib:

"Rəqiblərin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmağa yönəlmiş iddiaları və tələbləri sadəcə məzara gedəcək xəyallardır".

Eslaminin sözlərinə görə, İsrail və ABŞ-nin İrana qarşı təcavüzü heç bir nəticə verməyib və indi onlar danışıqlar yolu ilə Tehrandan güzəştlər əldə etməyə çalışmaq istəyirlər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
5
1
redaktor.az

2Mənbələr