AZ

Tehran: ABŞ İranı uranın zənginləşdirilməsini dayandırmağa məcbur edə bilməyəcək

BAKI, 9 aprel. TELEQRAF

“İranın düşmənləri uran zənginləşdirməsi prosesini heç vaxt dayandıra bilməyəcəklər”.

Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami deyib.

“Düşmənlərin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmağa yönəlmiş iddiaları və tələbləri məzara gedəcək xəyallardır”, - o bildirib.

Eslami iddia edib ki, İsrail və ABŞ-ın İrana zərbələri heç bir nəticə verməyib, indi onlar danışıqlar yolu ilə Tehrandan güzəştlər qoparmağa çalışırlar.

Seçilən
20
teleqraf.com

1Mənbələr