Məqaləyə ad qoy
“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2025-ci il elan etdiyi qrant müsabiqəsi çərçivəsində 2026-ci ilin fevral ayından etibarən Azərbaycanda sosial və maarifləndirici layihələri dəstəkləmək və inkişaf etdirməklə tərəfimizdən ilk icrası başlayan “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədılməsı Məqsədılə Domestıka.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tədbiqi” adlı layihənin davamı məqsədilə “Domestika.org Beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlığının təmini-II Mərhələ” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi gənclərin yaradıcılıq və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün beynəlxalq təcrübəni yerli kontekstə uyğunlaşdırılmış təlimlər vasitəsilə yaymaq və dayanıqlı təlimçi şəbəkəsi yaratmaqdır. Layihənin ikinci mərhələsində əvvəlki uğurlu nəticələrə əsaslanaraq hazırlanmış silabusdan istifadə ediləcəkdir. Əvvəlcə seçilmiş iştirakçılar üçün “train-the-trainers” proqramı keçiriləcək. Bu proqram onları müasir tədris metodları, interaktiv tapşırıqlar və Domestika.org materiallarının yerli mədəniyyətə uyğunlaşdırılması ilə tanış edəcək. Sonrakı mərhələdə, Yaradıcı platformasının tədris planına uyğun olaraq seçilmiş yeni mövzular (məsələn, rəqəmsal illüstrasiya, sosial media dizaynı, fotoqrafiya, rəqəmsal marketinq və s.) təlimlərə daxil ediləcək. Təlim sessiyalarının Bakı şəhəri, Quba və Lənkəran rayonunda keçirilməsi, eləcə də kurslara məsafədən çıxış imkanı yaratmaqla geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Proqramın müddəti üç aydır. Bu yanaşma həm yerli təlimçi potensialını artırır, həm də regionlarda uzunmüddətli təsir yaradacaqdır.
Bununla yanaşı, birgə təşəbbüs və əməkdaşlıq nəticəsində Baku Design Center tərəfindən həyata keçirilən qrafik dizayn, motion dizayn və 3D dizayn istiqamətləri üzrə ödənişsiz təlim proqramı uğurla təşkil edilmişdir. Tam praktik əsaslara söykənən bu təlim proqramı iştirakçıların real layihələr üzərində işləməsinə, müasir dizayn alət və texnologiyalarını mənimsəməsinə, həmçinin yaradıcı düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmışdır.
Təlim proqramı çərçivəsində Baku Design Center öz peşəkar mütəxəssisləri və mentorları vasitəsilə iştirakçılara yüksək keyfiyyətli tədris mühiti təqdim etmiş, beynəlxalq trendlərə uyğun məzmun və metodologiyalar tətbiq etmişdir. Mərkəzin əsas məqsədi gənclərin yaradıcı sənayelərdə rəqabət qabiliyyətini artırmaq, onların əmək bazarına inteqrasiyasını dəstəkləmək və ölkədə dizayn sahəsində peşəkar kadr potensialının formalaşmasına töhfə vermək olmuşdur.
Bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi proqramı çərçivəsində həyata keçirilir və gənclərin yaradıcılıq potensialının inkişafı üçün yüksək keyfiyyətli imkanların yaradılmasına, o cümlədən mədəniyyət sahəsinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönləmişdir.