AZ

PSJ rusiyalı futbolçunu yaxından izləyir

Rusiya millisinin 20 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov karyerasını Fransada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, PSJ Moskva “Lokomotiv”inin futbolçusunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Paris klubu oyunçu ilə yaxından maraqlanır və onunla bağlı məlumat toplayır.

Batrakov bu mövsüm Rusiya Premyer Liqasında 22 oyunda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
21
idmanxeber.az

1Mənbələr