AZ

Öz liderinə tam etimad və onun ətrafında birləşmək bugünkü turbulent dünyada ən vacib amildir - Mixayil Qusman (FOTO)

Bakı. Trend:

Öz liderinə tam etimad və onun ətrafında birləşmək bugünküturbulent dünyada ən vacib amildir.

Bunu Trend-insualını cavablandırarkən görkəmli jurnalist, radio və televiziyaaparıcısı, yazıçı, ictimai xadim Mixayil Qusman Bakıda keçirilən“Hakimiyyət formulu və digərləri haqqında” adlı yaradıcılıq gecəsiçərçivəsində bildirib.

“Son aylarda Azərbaycanda müxtəlif insanların hərəkətlərinin,çirkli informasiya yayımının, cəmiyyəti parçalamaq, cəmiyyətdəetimadsızlıq yaratmaq, sağlam olmayan əhval-ruhiyyə formalaşdırmaqcəhdlərinin çoxlu nümunələrini gördük. Təbii ki, bunların heç biriuğur qazana bilməzdi, amma belə cəhdlər olub və deməliyəm ki,bundan sonra da olacaq. Həmişə düşmənlərimiz, bizə yaxşılıqistəməyən insanlar olacaq. Mütləq deyil ki, onlar elə qonşu olsun.Bu, müxtəlif səbəblərlə hərəkət edən qüvvələr ola bilər. Lakinbizim üçün ən vacibi birlik, daxili həmrəylik, öz liderimizə tametimad və onun ətrafında sıx birləşməkdir”, – o bildirib.

Qusmanın sözlərinə görə, Azərbaycan torpağında sülhün,sabitliyin və əmin-amanlığın hökm sürməsi son dərəcə vacibdir.

“Bunun təminatçısı, əlbəttə ki, Azərbaycan Prezidenti İlhamƏliyevin yürütdüyü siyasətdir. O, bu əmin-amanlığın, sabitliyin vəxoş günlərin Azərbaycanda daim qorunub saxlanılması üçün əlindəngələni edir. Mən bunun hansı inanılmaz səylər hesabına başagəldiyini çox yaxşı anlayıram. Biz liderimizə etibar etməli, onunətrafında birləşməliyik. Məhz bu və yalnız bu, bütün gələcəkqələbələrimizin təminatıdır”, – deyə o yekunlaşdırıb.

Öz
Öz
Öz
Seçilən
17
1
az.trend.az

2Mənbələr