AZ

Sürücülər niyə aqressivləşir? Anlamalıdırlar ki...

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb. Hadisəyə “Bakubus” MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub. Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.O deyib ki, bütün sürücülər yol hərəkəti qaydalarına tam şəkildə əməl etsələr, bu cür problemlərin böyük əksəriyyəti ümumiyyətlə yaranmaz:“Təəssüf ki, reallıqda bir çox sürücü qaydalara laqeyd yanaşır və nəticədə xoşagəlməz hadisələr baş verir. Yol hərəkəti qaydaları insanların təhlükəsizliyini təmin etmək üçün müəyyən olunub. Qaydaların pozulması isə həm sürücülərin, həm də piyadaların həyatını risk altına qoyur. Çox vaxt qəzalar sürətin həddindən artıq artırılması, diqqətsizlik və ya yol nişanlarına məhəl qoyulmaması səbəbindən baş verir. Halbuki bir az diqqətli olmaq və məsuliyyətli davranmaqla bu riskləri minimuma endirmək mümkündür. Sürücülər anlamalıdır ki, sükan arxasında yalnız özlərinə deyil, digər insanlara da cavabdehdirlər. Qaydalar yalnız cərimədən yayınmaq üçün deyil, həyatları qorumaq üçün mövcuddur. Hər kəs bu məsuliyyəti dərk etsə, yollar daha təhlükəsiz və rahat olar”.Qeyd edək ki, paytaxtın Yasamal rayonunda taksi və avtobus sürücüsü arasında baş verən insident araşdırılıb. 77-EP-331 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr