UEFA Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.
Hakimiyyet.az xəbər verir ki, Almaniyada "Frayburq" İspaniyanın "Selta" klubunu sınağa çəkəcək.
Portuqaliyanın "Portu" kollektivi İngiltərə təmsilçisi "Nottinqem Forest"lə qarşılaşacaq. İtaliyada isə "Bolonya" və İngiltərənin "Aston Villa" klubları münasibətlərinə aydınlıq gətirəcəklər.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
9 aprel
23:00. "Portu" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə)
23:00. "Frayburq" (Almaniya) - "Selta" (İspaniya)
23:00. "Bolonya" (İtaliya) - "Aston Villa" (İngiltərə)
Qeyd edək ki, ötən gün Portuqaliyanın "Braqa" komandası evdə "Betis"lə (İspaniya) heç-heçə edib - 1:1.