AZ

Zəngəzur dəhlizi ilə Hörmüz boğazı arasında oxşarlıq: Əsas funksiya nədir?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəngəzur dəhlizi və Hörmüz boğazı strateji nəqliyyat dəhlizi kimi son zamanlar bəzi ekspertlər tərəfindən müqayisə edilir. Hörmüz boğazı qlobal enerji ticarətinin əsas arteriyasıdır və beynəlxalq gəmiçiliyin keçidi üçün kritik əhəmiyyət kəsb edir. Zəngəzur isə quru dəhlizi olaraq Cənubi Qafqazı və Türkiyə ilə Azərbaycanın əlaqələndirilməsini nəzərdə tutur. Hər iki layihə isə ümumilikdə enerji və yük daşımaları üçün alternativ marşrut rolunu oynayır.

Su və quru dəhlizi arasındakı hüquqi və strateji fərqləri necə müqayisə etmək olar? Bu iki marşrut arasında qarşılıqlı təsir və ziddiyyət yaratmaq nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Zəngəzur dəhlizi ilə Hörmüz boğazı mahiyyətcə fərqlidir:

“Heç vaxt biri digərinə alternativ ola bilməz. Hörmüz boğazından nəqliyyat marşrutu kimi keçiddə Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İraq, Oman və İran iştirak edir. Bu ölkələr, xüsusilə İran, neft və maye qazını boğaz vasitəsi ilə dünya bazarına çıxarır. Bundan əlavə, həmin ölkələr öz daxili təminatlarını da bu boğaz vasitəsi ilə həyata keçirir.

Murad Sadəddinov

Zəngəzur dəhlizi isə Çin ilə Avropanı birləşdirən nəqliyyat yoludur. Mərkəzi Asiya ölkələrinin dünya bazarına çıxışını təmin edəcək. Yəni bu iki layihədə həyata keçirilən yük daşınmaları tamamilə fərqlidir. Bu səbəbdən onların müqayisəsi düzgün deyil”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
globalinfo.az

1Mənbələr