AZ

Türkiyə müdafiə naziri NATO nu Aİ yə üzv ola bilməyən ölkələri dəstəkləməyə çağırıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nu Avropa İttifaqına üzv ola bilməyən ölkələri dəstəkləməyə çağırıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir bildirib ki, əks halda, Avropa İttifaqının bu yanaşması Avropanın təhlükəsizliyi və dayanıqlılığına təhdid yaradacaq.

“Həqiqət budur ki, Türkiyə güclü müdafiə sənayesi ilə Avropanın təhlükəsizliyinə və müdafiəsinə daha çox töhfə verə bilər. Avropalı bir çox dostumuzun bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu çox yaxşı analiz edəcəyini və daha məntiqli bir yanaşma sərgiləyəcəyini düşünürük”, - nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
6
apa.az

7Mənbələr