AZ

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsində partlayıcı maddə izlərinə rastlanmayıb

İstanbul, 9 aprel, AZƏRTAC

Noyabrın 11-də Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb.

AZƏRTAC xəbər verir ki, məlumatda təyyarə qalıqlarından götürülən nümunələrdə hava nəqliyyat vasitəsinin həm daxilində, həm də xaricində partlayıcı maddə izlərinə rast gəlinmədiyi bildirilib.

Məlumatda texniki hesabat üzərində işlərin davam etdiyi qeyd olunur.

Hesabatda bildirilir ki, Uçuş Məlumat Qeyd Cihazının (Flight Data Recorder / FDR) qeydləri araşdırıldıqda, qəza anına qədər rəqəmsal məlumatlarda uçuş heyətinin danışıqlarında və təyyarənin sistemlərində hər şeyin normal davam etdiyi, hansısa nasazlıq aşkar edilmədiyi, hadisənin qəfil baş verdiyi müəyyən olunub. Təyyarənin quyruq hissəsinin gövdədən ayrılması səbəbilə FDR-ə aid enerji və məlumat kabellərinin qopması nəticəsində qeydiyyatın dayandığı, buna görə də qeyd cihazında qəzanı aydınlaşdıracaq əlavə məlumatların olmadığı bildirilir.

Xatırladaq ki, hadisə zamanı Türkiyənin Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
14
3
azertag.az

4Mənbələr