AZ

Maşında musiqinin səsini azaltmasını istədi Xəstəxanalıq oldu

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Goranboyda qonşular arasında dava zamanı bir nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mənəşli kəndində baş verib.

Belə ki, Səfıkürd kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Tural Tanverdiyev Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, adıçəkilən şəxs qonşuluqda yaşayan şəxslə musiqi üstündə mübahisə edib. O, qonşusundan maşında musiqinin səsini azaltmasını istəyib. Qarşı tərəf bununla razılaşmadıqda isə mübahisə zəminində xəsarət alıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd sakini T. Tanverdiyevə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən 34 yaşlı həmkəndlisi Nurlan Qurbanov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Yunis Quliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
qafqazinfo.az

2Mənbələr