AZ

İsrail qüvvələri Hizbullah liderinin katibini öldürüb (VİDEO)

Bakı. Trend:

İsrail ordusunun ötən gecə Beyruta endirdiyi aviazərbələrdənbirində Hizbullah hərəkatının lideri Nəim Qasimin katibi həlakolub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)məlumat yayıb.

Əli Yusuf Hərşi Beyrutun Tallet Xayat rayonunda hədəflənmişaviareyd zamanı zərərsizləşdirilib.

IDF-in “X” səhifəsində yayımladığı görüntülərdə çoxmərtəbəlibinanın zərbə nəticəsində qismən çökdüyünü görmək olur.

Qeyd olunur ki, Hərşi Qasimin yaxın qohumu və şəxsi katibiolub.

Ötən gecə İsrail Müdafiə Qüvvələri eyni zamanda Hizbullahınminlərlə silah, roket və buraxılış qurğusunun daşınması üçünistifadə etdiyi Litani çayı üzərində yerləşən iki mühüm körpünüməhv edib.

Bundan başqa, əməliyyatlarda silah-sursat anbarları, raketburaxılış qurğuları, Hizbullah qərargahı hədəfə alınıb.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr