Təhsil müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı yeni mərhələr müəyyənləşdirilib.BUTA.TVTrend-ə istinadən xəbər verir ki, tələbə qəbulu "mygov"a inteqrasiya edilir. Belə ki, xidmətin "mygov" platformasında istifadəyə verilməsinin (istismar mühitində) 2026-cı il iyulun 1-nə qədər təmin edilməsi nəzərdə tutulur. Xidmətin mövcüd iş axının 30 iyun 2026-cı ilə qədər təqdim edilməsi, 18 iyul 2026-cı ilə qədər isə Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması nəzərdə tutulur. Layihənin icrasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi iştirak edir.