AZ

Tənha ahıllar və əlillilər üçün səyyar sosial xidmətlərin əhəmiyyəti

Səyyar sosial xidmətlər, tənha ahıllar və əlilliyi olan şəxslərin gündəlik həyat keyfiyyətini yüksəldən və sosial təcridi azaldan mühüm dəstək mexanizmidir. Bu model həm ailələr üçün yükü yüngülləşdirir, həm də dövlətin sosial müdafiə sisteminin əlçatanlığını artırır.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib ki, Səyyar sosial xidmətlər, xüsusilə tənha ahıllar və əlilliyi olan şəxslər üçün, onların öz yaşayış mühitində ləyaqətli və inklüziv dəstək almalarını təmin edən sosial dövlət modelinin vacib tərkib hissəsidir: "Hesab edirəm ki, səyyar formada sosial xidmətlərin göstərilməsi sosial dövlət modelinin mühüm tərkib hissəsidir və xüsusilə tənha ahıllar və əlilliyi olan şəxslər üçün çox vacib dəstək mexanizmidir. Bu yanaşma sosial xidmətlərin vətəndaşın öz yaşayış mühitində təqdim olunmasını təmin etməklə həm insan ləyaqətinin qorunmasına, həm də sosial inklüzivliyin gücləndirilməsinə xidmət edir".

C.Hüseybzadə qeyd edib ki, səyyar sosial xidmətlər evdə göstərildiyi üçün insanların həyat keyfiyyətini yüksəldir, sosial təcridi azaldır, ailələrə yükü yüngülləşdirir və dövlətin sosial müdafiə sisteminin əlçatanlığını artırır: "Bu modelin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, xidmətlər birbaşa ehtiyac sahibinin evində göstərildiyi üçün onların gündəlik həyat keyfiyyəti yüksəlir, sosial təcrid riski azalır və ailə üzvlərinin üzərinə düşən yük müəyyən qədər yüngülləşir. Eyni zamanda, səyyar sosial xidmətlər dövlətin sosial müdafiə sisteminin çevikliyini və əlçatanlığını artırır, xüsusilə hərəkət imkanları məhdud olan şəxslər üçün böyük rahatlıq yaradır".

Sədr bu modelin erkən sosial xidmətlərlə problemlərin qarşısını aldığını və dövlət xərclərini azaltdığını vurğulayıb: "Digər mühüm məqam isə odur ki, bu model preventiv xarakter daşıyır. Yəni vaxtında göstərilən sosial xidmətlər daha ağır sosial və tibbi problemlərin yaranmasının qarşısını alır və nəticə etibarilə dövlət üçün uzunmüddətli xərclərin azalmasına da müsbət təsir göstərir.

Fatimə Nəbiyeva

Seçilən
25
qht.az

1Mənbələr