AZ

İsrail ABŞ ın İranla atəşkəs təşəbbüsündən narazı qalıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail rəhbərliyi ABŞ-ın İranla atəşkəs rejiminin təşkilinə yanaşmasından son dərəcə narazı qalıb, çünki Vaşinqton yəhudi dövlətini son anda və əvvəlcədən məsləhətləşmələr aparmadan atəşkəs barədə məlumatlandırıb.

Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal" (WSJ) bu barədə mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp atəşkəs elanından az əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək onu fakt qarşısında qoyub və atəşkəslə bağlı addımlarını əvvəlcədən koordinasiya etməyib. Buna baxmayaraq, İsrail dialoq zamanı atəşkəsdə iştirak etməyə razılıq verib.

Eyni zamanda, İsrail hakimiyyəti atəşkəs rejiminə Livanın da daxil edilməsi ilə bağlı ilkin tələblərdən narazılıq ifadə edib. Nəticədə, İsrail açıq şəkildə bəyan edib ki, Livan ərazisində “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
icma.az

1Mənbələr