AZ

“YAŞAT” Fondu dördüncü dəfə idman düşərgəsi təşkil edib 

6-9 aprel 2026-cı il tarixində “YAŞAT” Fondunun və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün IV idman düşərgəsi təşkil olunub. 

“İki sahil” xəbər verir ki, Mingəçevirdə, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan və 11–15 yaş aralığında olan şəhid övladlarını əhatə edən layihə “Giltex” MMC-nin dəstəyi ilə baş tutub. Məqsəd gənclərin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkilidir. 

İlk gün açılış mərasimindən sonra iştirakçılar üçün Kür çayı üzərində gəmi ekskursiyası, su təhlükəsizliyi haqqında və xilasedici təlimlər təşkil olunub.   Növbəti gün iştirakçılar Azərbaycan Su İdman Növləri Federasiyasının avarçəkmə klubu və qayıqların saxlanması üçün olan anqar ilə tanış olub, Kür çayı üzərində təlimlərə qatılıb, eləcə də həmçinin tennis ustad dərsinə qoşulublar. Düşərgənin üçüncü günündə komanda yarışları baş tutub. Dörd gün davam edən düşərgənin sonunda iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil olunub.

Seçilən
17
7
ikisahil.az

8Mənbələr