AZ

“Qalatasaray” CEV Kubokunun qalibi olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Türkiyənin “Qalatasaray” klubunun qadınlardan ibarət voleybol komandası CEV Kubokunun qalibi olub.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 3:2 hesabı ilə qalib gəldiyi İtaliyanın “Reale Mutua Fenera” klubunu cavab görüşündə də üstələyib – 3:1.

Bununla da “Qalatasaray” tarixində ilk dəfə voleybol üzrə Avropa kubokuna sahib çıxıb.

Qeyd edək ki, komanda daha əvvəl CEV Kubokunda 2011/2012, 2015/2016 və 2020/2021-ci illər mövsümlərində finala yüksəlsə də, ikinci yerlə kifayətlənmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
azertag.az

4Mənbələr