Bakı. Trend:
Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə ordusunaməxsus “C-130” tipli hərbi yük təyyarəsi ilə bağlı aparılanaraşdırmaların son durumu barədə hesabat təqdim olunub.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Hesabata əsasən texniki ekspertiza işləri hələ də davametdirilməkdədir.
Hesabatda qeyd olunub ki, “Qara qutu” - Uçuş MəlumatlarınınQeydiyyatı Qurğusunun ( FDR) məlumatları araşdırılarkən qəza anınaqədər rəqəmsal qeydlərdə uçuş heyətinin danışığında və təyyarəninsistemlərində hər şeyin normal davam etdiyi, hər hansı nasazlığınaşkarlanmadığı, hadisənin qəfil baş verdiyi müəyyən edilib.
Təyyarənin quyruq hissəsini gövdədən ayrılması nəticəsində FDR-əaid enerji və məlumat kabellərinin qopduğu, bu səbəbdən qeydiyyatındayandığı, nəticə etibarilə isə qeyd cihazında qəzanıaydınlaşdıracaq əlavə məlumatların olmadığı müəyyən edilib.
Bildirilib ki, Jandarma Kriminal İdarəsi tərəfindən təyyarəqalıqlarından götürülən nümunələrin araşdırılması nəticəsindədaxildən və xaricdən hər hansı partlayıcı maddə izinə rastgəlinməyib.
Qeyd edək ki, 2025-ci ilin noyabrın 11-də Türkiyə Hərbi HavaQüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə havalimanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisindəradarlardan itərək qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləridaxil olmaqla 20 hərbçinin hamısı həlak olub.