AZ

İslamabadda ABŞ-İran danışıqları aprelin 11-də başlayacaq - KİV

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqlar aprelin 11-də başlayacaq və bir neçə gün davam edəcəyi gözlənilir.

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüş qapalı qapılar arxasında keçiriləcək.

Məlumata görə, məsləhətləşmələrdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, İslamabadda ABŞ və İran arasında danışıqlarla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin əlavə olunub ki, İslamabadda 9 və 10 aprel tarixləri qeyri-iş günü elan edilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
50
missiya.az

1Mənbələr