AZ

Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-daLitva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.

Trend xəbər verir ki,dövlətimizin başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərininsəmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfəverəcəyinə ümidvarlığını bildirdi.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edənİnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşımünasibətlərin olduğunu məmnunluqla vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrindaha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğubildirildi, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı vədigər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı,münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərininqarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeydedildi.

Litvanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhünbərqərar olması münasibətilə dövlətimizin başçısına təbrikləriniçatdırdı.

Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuqişlərinin aparıldığını deyən Litvanın Baş naziri keçmiş məcburiköçkünlərin geri qaytarılması istiqamətində Azərbaycan dövlətitərəfindən genişmiqyaslı işlərin həyata keçirildiyini qeydetdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyevregionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarətmünasibətlərinin qurulmasının təşəbbüskarının məhz ölkəmiz olduğunuvurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, artıq 30 minə yaxın keçmişməcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub.Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdəAzərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyatvə digər sosial infrastruktur layihələrinin icra olunduğunu dedi.Ancaq bununla belə dövlətimizin başçısı qeyd etdi ki, həminərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuqişlərinin aparılmasını ləngidir. Prezident İlham Əliyev Vətənmüharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və yayaralandığını bildirdi.

Görüşdə Azərbaycan-Litva əlaqələrinin ikitərəfli gündəliyi iləyanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinətoxunuldu. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı iləmünasibətlərinin inkişafına həmişə dəstək verdiyi vurğulandı.

Söhbət zamanı regional məsələlərə də dair fikir mübadiləsiaparıldı.

Seçilən
15
48
az.trend.az

10Mənbələr