AZ

Opera və Balet Teatrına qarşı ittiham

Opera

Opera və Balet Teatrı səsləndirilən ittihamlara münasibət bildiribAkademik Opera və Balet Teatrı son günlər teatrın əməkdaşlarının rəhbərliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.Teatrdan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib."Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur".Həmçinin qeyd olunub ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur."Onun Almaniyada işlədiyi "Nationaltheater Mannheim" teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq".Məlumatda Xalq artisti Yalçın Adıgözəlov haqqında da açıqlama öz əksini tapıb.Bildirilib ki, o, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır.Xatırladaq ki, bir neçə gündür, Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazova qarşı teatrın bəzi əməkdaşları tərəfindən ittihamlar səsləndirilirdi.

Diqqət Çəkənlər

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Ağdaban soyqırımı

ABŞ ilə İran arasında atəşkəs

Seçilən
30
ulusum.az

1Mənbələr