Bakı. Trend:
Litva Transxəzər nəqliyyat marşrutunu, yəni Orta Dəhlizidəstəkləyir, belə ki, mövcud geosiyasi şəraitdə onun stratejiəhəmiyyəti daha da artıb.
Bunu Trend-əözəl müsahibəsində Bakı səfəri çərçivəsində LitvanınBaş naziri İnqa Ruqinene bildirib.
“Avropaya Mərkəzi Asiya və daha uzaq regionlarla daha sıxəlaqəlilik, o cümlədən Rusiyanın sabitliyi pozan təsirlərinə məruzqalan tranzit dəhlizlərdən asılılığı azaldan marşrutlar lazımdır.Bu baxımdan Orta Dəhliz yalnız iqtisadi layihə deyil, həm də dahageniş dayanıqlılıq strategiyasının bir hissəsidir. Biz Azərbaycanıbu marşrutun səmərəliliyinin və rəqabət qabiliyyətininartırılmasına töhfə verən əsas ölkələrdən biri kimi görürük.Litvanın marağı çox praktik xarakter daşıyır: biz Avropa–Asiyaəlaqələrinin möhkəmləndirilməsinə, ticarət marşrutlarınınşaxələndirilməsinə və nəqliyyat, logistika və biznes sektorlarımızüçün yeni imkanların yaradılmasına vasitəçilik etmək istəyirik.Xüsusilə də infrastrukturumuzun, o cümlədən Klaypeda limanının bugeniş şəbəkələrə daha yaxşı inteqrasiyası bizi maraqlandırır.
Baş nazir bildirib ki, əgər Orta Dəhliz daha sürətli, dahaproqnozlaşdırıla bilən və kommersiya baxımından cəlbedici olarsa,həm Litva, həm də Azərbaycan bundan faydalanacaq.
“Azərbaycan regional hab rolunu möhkəmləndirəcək, Litva isəBaltik və Şimali Avropa bazarlarına çıxış nöqtəsi kimi mövqeyinigücləndirəcək. Mövcud şəraitdə belə əməkdaşlıq yalnız iqtisadideyil, həm də strateji baxımdan dəyərlidir”, – deyə Ruqinene əlavəedib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.