AZ

Ukraynadakı diaspor rəhbərinə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvü, Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının rəhbəri Eldar Tağıyevi qəbul edib.

Komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.

Sonra Eldar Tağıyevə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.

Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.

Məlumat üçün bildirək ki, Eldar Tağıyev Ukrayna Azərbaycanlıları Radasının yaradılmasında fəal iştirak edib.

Seçilən
40
2
xalqqazeti.az

3Mənbələr