BAKI, 9 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın raket və silah istehsalı qərargahının üzvü Məhəmməd Samir Məhəmməd Şahı məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Məlumatda bildirilib ki, Məhəmməd Şah Qəzza zolağının mərkəzində fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinə qarşı terror hücumları planlaşdırırmış.
Şahın bölgədə Qətərin “Əl-Cəzirə” telekanalının müxbiri kimi də fəaliyyət göstərdiyi qeyd edilib.