AZ

Tramp NATO-nu Alyansı kəskin tənqid edib, baş katib onu dəstəkləyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri Vaşinqtonu kritik anda dəstəkləməyiblər və bir daha dəstəkləməyə də bilərlər...

Poliqon xəbər verir ki, o, bu barədə alyansın baş katibi Mark Rutte ilə danışıqlardan sonra Truth Social sosial şəbəkəsində yazıb.

"NATO bizə lazım olanda orada deyildi və bir daha ehtiyacımız olsa belə, orada olmayacaq", deyə Tramp yazıb.

ABŞ lideri həmçinin Qrenlandiyanı - "pis idarə olunan böyük bir buz parçasını" xatırlamağa çağırıb.

İrandakı müharibə səbəbindən ABŞ və müttəfiqləri arasında gərginlik artıb. Bəzi ittifaq ölkələri Vaşinqtonun hərbi kampaniyasını dəstəkləməkdən imtina ediblər - xüsusən də hava məkanlarından istifadəyə icazə verməyiblər və Hörmüz boğazı ərazisindəki əməliyyatlar üçün dəniz qüvvələri göndərməyiblər.

Mark Rutte özü Trampla görüşdən sonra "bəzi" müttəfiqlərin öhdəliklərini yerinə yetirmədiyini etiraf edib, lakin əksər Avropa ölkələrinin buna baxmayaraq kömək göstərdiyini vurğulayıb.

"O, açıq-aydın bir çox NATO müttəfiqindən məyusdur və mən onun baxış bucağını başa düşürəm. Bu, çox səmimi, çox açıq müzakirə idi, eyni zamanda iki yaxşı dost arasında müzakirə idi", deyə Rutte Ağ Evdə iki saatdan çox vaxt keçirdikdən sonra CNN-in "The Lead with Jake Tapper" proqramında bildirib. Bu barədə Reuters məlumat yayıb.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr