AZ

Suriyadan dünyaya çağırış: BMT-dən bunu tələb etdi

Suriya, İsrailin Livanda 254 nəfərin ölümünə və 1 165 nəfərin yaralanmasına səbəb olan hava hücumlarından sonra beynəlxalq birliyi İsrailin qanun pozuntularına görə məsuliyyətə cəlb olunmasına çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi Livanda son vəziyyət barədə bəyanat yayıb.

Bildirilib ki, beynəlxalq humanitar hüquq və Birləşmiş Millətlər Təşkilatı prinsipləri kobud şəkildə pozulub.

Suriya Xarici İşlər Nazirliyi İsrailin Livana hücumunu qətiyyətlə pisləyir:

“Bu hücum BMT Nizamnaməsinin prinsiplərinin açıq şəkildə pozulmasıdır və çoxsaylı ölüm və yaralanmalarla nəticələnib”.

Bəyanatda mülki əhalinin qorunması və dövlətlərin suverenliyinə hörmət edilməsinin təmin olunması üçün dərhal atəşkəs elan edilməsinə, həmçinin BMT Təhlükəsizlik Şurası daxil olmaqla BMT-nin müvafiq qurumlarının tədbir görməsinə çağırış edilib. Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə riayət olunmasının vacibliyi vurğulanıb.

Nazirlik həmçinin beynəlxalq ictimaiyyəti “İsrailin qanun pozuntularına qarşı məsuliyyətlərini öz üzərinə götürməyə” çağırıb.

Sənddə Livan ilə tam həmrəylik ifadə olunub və Livan hökumətinin ölkə ərazisi üzərində nəzarəti gücləndirmək, silahların yalnız dövlətin əlində cəmlənməsini təmin etmək istiqamətində atdığı addımlara dəstək bildirilib.

Qeyd edək ki, iki mart tarixindən bəri İsrailin Livana qarşı həyata keçirdiyi ən intensiv hücumlar kimi qiymətləndirilir.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr