AZ

İsrail ordusu Livanın cənubuna zərbə endirib: 7 nəfər ölüb

İsrail ordusu Livanın cənubunda Tir rayonunun Abbasiyə ərazisinə zərbə endirib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın dövlət xəbər agentliyi məlumat yayıb.

Hava zərbəsi nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda azı 254 nəfər ölüb, daha 1 165 nəfər yaralanıb.

"Cebheinfo.az"

Seçilən
1
4
cebheinfo.az

6Mənbələr