AZ

Makron hesab edir ki, atəşkəs Livanı da əhatə etməlidir

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşması Livana da şamil edilməlidir.

Musavat.com xəbər verir ki, o, bunu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampla telefon danışıqlarından sonra X hesabında paylaşıb:  

"Ümid edirəm ki, atəşkəs Livan da daxil olmaqla, bütün münaqişə meydançalarında münaqişənin bütün tərəfləri tərəfindən tam şəkildə riayət olunacaq. Bu, bu atəşkəsin etibarlı və davamlı olması üçün zəruri şərtdir".

O, əldə edilən razılaşmanın "ən yaxşı həll yolu olmaqla Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək hərtərəfli danışıqlara yol açmalı olduğuna" əmindir.

Fransa prezidenti qeyd edib ki, o, bu məsələni Qətər, BƏƏ, Livan və İraq liderləri ilə də müzakirə edib.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr