AZ

Təhsil Tələbə Krediti Fondu: faydalananların 63%-i qadınlardır

Təhsil Tələbə Krediti Fondu 79 mindən çox tələbəyə dəstək olub.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurasının sədri, Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə rəsmi "LinkedIn" səhifəsində Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə dair məlumat paylaşıb.

Qeyd olunub ki, Fondun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir. Hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılmışdır.

Paylaşımda bildirilib ki, təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlət tərəfindən yaradılan bu imkanlar tələbələrin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub.

Seçilən
21
7
azedu.az

10Mənbələr