Türkiyədə məşhurlarla bağlı narkotik araşdırmasında yeni əməliyyat dalğası həyata keçirilib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Məşhur aktrisa Hafsanur Sancaktutan, müğənni Emir Can İğrek, “Master Şef Türkiyə” proqramının aparıcısı Somer Sivrioğlu, aktirsa Ahsen Eroğlu, müğənni Mert Demir,müğənni Emre Fel, aktrisa Sinem Özenç Ünsal və aktyor Burak Deniz də daxil olmaqla 14 nəfər barəsində saxlanma qərarı verilib”, – deyə qeyd edilib.
Məlumata görə, həmin şəxslərdən 11-i həbs olunub, 2-si axtarışdadır, 1-i isə xaricdədir.