Litva səhiyyə nazirinin müavini Arnomedas Qaldikas mübahisəli müsahibədən sonra Ukraynaya gedir.
Publika.az “Sputnik Litva”ya istinadla xəbər verir ki, qərarı nazir Mariya Yakubauskiene açıqlayıb.
Hadisə, jurnalistlə söhbətdən qaynaqlanıb. Söhbət zamanı məmur Krımın statusu ilə bağlı sualdan yayınaraq yarımadanın kimə məxsus olduğunu bilmədiyini iddia edib. Sonradan o, mövqeyini dəyişib, lakin bu, tənqidlərə son qoymayıb.
Bildirilir ki, nazirlik intizam tədbirləri görüb. Məmura xəbərdarlıq edilib.
Nazirin sözlərinə görə, o, Ukraynaya göndəriləcək, lakin səfərin vaxtı və işin formatı dəqiqləşdirilməyib.