AZ

Həkimin işini bəyənməsəniz polisə verin AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Təcrübəsiz və ixtisasına uyğun olmayan həkimlərin tibbi xidmət göstərməsi həm xəstələrin sağlamlığı, həm də klinikaların etibarlılığı baxımından ciddi problemlər yaradır. Yasamal rayonu ərazisində yerləşən “Doktor Davud” klinikasında aparılan yoxlamada belə halların aşkar edilməsi hüquqi və etik sualları gündəmə gətirir.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, təcrübəsiz və ixtisası olmayan şəxslərin tibbi fəaliyyətlə məşğul olması, əgər bu, insan sağlamlığına və ya həyatına ağır nəticələr verərsə, cinayət məsuliyyətinə səbəb ola bilər:“Ən azı isə bu cür hallarda inzibati xəta tərkibi yaranır. Qanunvericilikdə bu istiqamətdə müxtəlif pozuntular nəzərdə tutulur. Məsələn, tibbi sterilizasiya qaydalarının pozulması və digər oxşar hallar da ayrı-ayrı hüquqi məsuliyyət yaradan hallardır. Ümumilikdə belə fəaliyyət konkret hallardan asılı olaraq cinayət tərkibi yarada bilər. Bəs vətəndaş belə vəziyyətlərdə öz hüquqlarını necə qorumalıdır? Bu zaman vətəndaş müvafiq dövlət orqanlarına, yəni polisə və ya prokurorluğa müraciət etməli, baş vermiş hadisə ilə bağlı şikayət edərək hüquqlarının müdafiəsini tələb etməlidir. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142-ci maddəsində “Tibbi xidmətin göstərilməsi qaydalarının pozulması” ilə bağlı müddəalar nəzərdə tutulub. İstənilən şəxs bu maddə ilə tanış olmaq üçün birbaşa Cinayət Məcəlləsinə müraciət edə bilər”.Vətəndaşlar bənzər vəziyyətlərlə qarşılaşdıqda öz hüquqlarını qorumaq üçün polis və ya prokurorluq orqanlarına müraciət etməlidirlər. Cinayət Məcəlləsinin 142-ci maddəsi birbaşa tibbi xidmət qaydalarının pozulması ilə bağlı müddəaları özündə əks etdirir. Ekspert vurğulayır ki, hüquqlarını tələb etmək xəstələrin həm vətəndaşlıq borcu, həm də gələcəkdə yarana biləcək daha böyük təhlükələrin qarşısını almaq üçün vacib addımdır. Hazırda klinika ilə bağlı hüquqi prosedurların davam etdirilməsi gözlənilir.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr