AZ

Xviça Kvaratsxeliya PSJ-nin tarixinə düşdü

PSJ-nin gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/4 finalının ilk oyununda növbəti qolunu vurub.

Fanat.Az xəbər verir ki, həmyerlisi Georgi Mamardaşvilinin qapısını qoruduğu "Liverpul"u məyus edən Xviça ÇL-də 12 oyunda vurduğu qol və məhsuldar ötürmələrin sayını 12-yə çatdırıb - 8 qol+4 asist.

"Opta"-nın məlumatına görə, bu statistika onun parislilərin Çempionlar Liqasında ən yaxşı üç oyunçusu arasında yer almağa imkan verib. Kilian Mbappe 2020/21 mövsümündə 11 oyunda 8 qol+3 asist ilə yadda qalıb. Bu reytinqə Usman Dembele başçılıq edir. O, ötən mövsüm 15 oyunda 14-un birbaşa iştirakçısı olub - 8 qol+6 məhsuldar ötürmə.

Kvaratsxeliya 2025-ci ilin yanvarında "Napoli"ni PSJ-yə dəyişib. Cari mövsüm Paris klubunun forması ilə bütün turnirlərdə 39 matça çıxan 25 yaşlı cinah hücumçusu 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Seçilən
1
2
fanat.az

3Mənbələr