AZ

NYT: ABŞ İranla danışıqlarda diplomatik səhlənkarlığa yol verib

ABŞ münaqişə başlamazdan əvvəl İranla aparılan danışıqlarda öz peşəkar diplomatlarını kənarlaşdıraraq, onları xüsusi elçi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə əvəz etməklə diplomatik səhlənkarlıq nümayiş etdirib.

Ölkə.Az "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, bu iddia ilə Corc Buş (oğul) administrasiyası dövründə Tehranla danışıqlar aparmış amerikalı diplomat Nikolas Berns çıxış edib.

"Müharibə başlamazdan əvvəl bu yüksək rütbəli diplomatların Uitkoffun rəhbərliyi altında İranın xarici işlər naziri ilə danışıqlardan uzaqlaşdırılması diplomatik səhlənkarlıq faktıdır. Fars dilində sərbəst danışan və iranlıların danışıqlar tərzini anlayan peşəkar diplomatlarımız ABŞ-ın gizli gücüdür," — deyə o vurğulayıb.

Qəzetin məlumatına görə, təcrübəli diplomatlar Ağ Evin "yüksək riskli danışıqları yenidən İran və nüvə enerjisi məsələlərində çox az təcrübəsi olan şəxslərə həvalə etməsindən" ciddi narahatlıqlarını ifadə edirlər.

Seçilən
4
1
olke.az

2Mənbələr