AZ

İsrail ABŞ-nin İranla atəşkəs yanaşmasındannarazıdır

İsrail liderləri ABŞ-nin İranla atəşkəs razılaşmasının təşkili tərzindən ciddi narazılıqlarını bildiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə  The Wall Street Journal (WSJ) məlumat yayıb.

Vaşinqton yəhudi dövlətini atəşkəs barədə son anda və əvvəlcədən məsləhətləşmədən xəbərdar edib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp atəşkəs elan edilməzdən qısa müddət əvvəl İsrailin Baş naziri Binyamin Netanyahuya zəng edərək, atəşkəs barədə fakt təqdim edib, lakin hər hansı koordinasiya aparmayıb. Buna baxmayaraq, İsrail dialoq zamanı atəşkəsdə iştirak etməyə razılıq verib.

Eyni zamanda, İsrail hakimiyyəti Livanın atəşkəsə daxil edilməsinə dair ilkin tələblərdən narazılığını ifadə edib. Nəticədə, yəhudi dövləti "Hizbullah"a qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr