AZ

“Shell”in gəlirləri ABŞ – İran müharibəsi fonunda bir neçə dəfə artıb

Shell birinci rüb üzrə ilkin fəaliyyət nəticələrini açıqlayıb. Şirkət bildirib ki, ticarət və neft-kimya əməliyyatlarından əldə olunan gəlir 2025-ci ilin dördüncü rübü ilə müqayisədə “əhəmiyyətli dərəcədə yüksək” olacaq. Bu artım əmtəə qiymətlərində görünməmiş volatillik ilə izah olunur.

Shell gözləyir ki, birinci rübdə neft və neft məhsulları üzrə ticarət əməliyyatlarından gəlir 200–700 milyon dollar təşkil edəcək. Halbuki əvvəlki rübdə bu göstərici təxminən 100 milyon dollar idi. Məlum olduğu kimi, fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarından sonra qlobal neft bazarı yüksək volatillik mərhələsinə daxil olub. Birinci rübün yekunlarına görə neft qiymətləri rekord artım göstərib — Brent markası üzrə 73%, WTI markası üzrə isə 52%.

Bununla yanaşı, Shell qeyd edib ki, Yaxın Şərqdəki müharibə şirkətə müəyyən zərərlər də vurub. Söhbət Qətərdə yerləşən şirkətə məxsus LNG obyektinin İran raketləri və pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində zədələnməsindən gedir. Şirkət hesab edir ki, rübün yekunlarına görə qaz hasilatı təxminən 5% azalacaq.

Seçilən
32
banker.az

1Mənbələr