“Yuventus”un müdafiəçisi Andrea Kambiaso yay transfer dövründə komandadan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi artıq 26 yaşlı futbolçunu toxunulmaz hesab etmir.
Rəhbərlik transfer büdcəsini artırmaq və baş məşqçi Luçano Spallettinin istəklərinə uyğun yeni oyunçular cəlb etmək üçün Kambiasonu satmağa hazırdır.
İtaliyalı müdafiəçi ilə “Barselona” maraqlanır, daha əvvəl isə “Mançester Siti” onu heyətinə qatmağa cəhd etmişdi. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.