ain.az bildirir, Idman.biz portalına istinadən.
Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv səfərdə Gürcüstan yığması ilə qarşılaşacaq.
Matç Tbilisi şəhərində yerləşən Tbilisi İdman Sarayında keçiriləcək və saat 18:00-da başlayacaq.
Azərbaycan millisinin heyətində qapıçılar Emin Kürdov və Rövşən Hüseynli yer alıb. Komanda Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev, Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov, Pünhan Qasımzadə, Ədalət Ələkbərov, Ülvi Əliyev və Qüdrət Qasımzadədən ibarətdir.
Gürcüstan yığmasının heyətində qapıçılar Tornike Bukia, Əli Aslani və Luka Xarşiladze yer alıb. Digər oyunçular isə Giorgi Çimakadze, Vaxtanq Kekeliya, Arçil Sebiskveradze, İrakli Todua, Vaxtan Jvaraşvili, Levan Svanidze, Nikoloz Qabrichidze, Tkeşelaşvili, Nika Xaratişvili, Saba Eqriselaşvili, Janiko Giorgia, Nikoloz Kurtanidze və Şota Topuriyadır. Komandaya Avtandil Asatiani rəhbərlik edir.
Qeyd edək ki, komandalar aprelin 11-də eyni arenada yenidən üz-üzə gələcəklər. Azərbaycan millisi daha sonra ayın 13 və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə iki yoxlama görüşü keçirəcək.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.