PSJ-nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"a qarşı oyunda (2:0) qol vurmaqla uğura imza atıb.
Publika.az xəbər verir ki, gürcü futbolçu cari Çempionlar Liqası mövsümünün pley-off mərhələsində ardıcıl dördüncü oyunda fərqlənib. Bundan əvvəl Paris klubu tarixində heç bir futbolçu belə seriyaya imza atmayıb. Bu barədə "Squawka" məlumat yayıb.
Bu göstəriciyə ÇL-də sonuncu dəfə Kərim Benzema nail olub. O, 2021/22 mövsümündə pley-off mərhələsində ardıcıl beş oyunda qol vurub. Həmin mövsümdə fransalı hücumçu "Real"ı turnirin qalibi etmiş və daha sonra "Qızıl top" qazanmışdı.
Ümumilikdə, Xviçanın cari Çempionlar Liqası mövsümündə artıq 8 qolu var. O, bombardirlər siyahısında "Mançester Siti"nin hücumçusu Erlinq Haalandla birlikdə beşinci pilləni bölüşür.