AZ

Avropa Liqasında bu gün 3 maraqlı qarşılaşma keçiriləcək

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün daha üç oyun baş tutacaq.

BAKU.WS xəbər verir ki, Almaniyada "Frayburq" öz meydanında İspaniyanın "Selta" komandasını qəbul edəcək. Portuqaliyanın "Portu" klubu İngiltərənin "Nottinqem Forest" kollektivi ilə üz-üzə gələcək. İtaliyada isə "Bolonya" ilə "Aston Villa" arasında qarşıdurma baş tutacaq.

Bütün görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin əvvəlki oyununda Portuqaliyanın "Braqa" komandası öz meydanında İspaniyanın "Betis" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Seçilən
28
1
far.az

2Mənbələr